Premyer Liqa

Vaqif Sadıqov: “Qarabağ” bu oyunun favoriti olsa da…”

Premyer Liqanın XIII turunda “Qarabağ”la heç-heçə edən AZAL-ın baş məşqçisi Vaqif Sadıqov oyunsonrası mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb:

”Qarabağ” bu oyunun favoriti olsa da, bizim öz hesablarımız var idi. Rəqib komanda oyunçularının fərdi ustalıq səviyyəsi bizimkilərdən daha üstündür. Sonda bu üstünlük qapımıza qolla nəticələndi. 8 oyundur ki, qalib gələ bilmirik, lakin komandam hər bir oyunda sonadək mübarizə aparır. Bugünkü oyunda da heyətlə bağlı problemimiz var idi. Bir neçə əsas oyunçumuzun xidmətindən istifadə edə bilmədik. “Qarabağ” kimi komandaya qarşı yaxın oynamalıyıq, başqa cür oynamaq olmaz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43