18 Oktyabr 2021
Kateqoriyasız

Vasili Saçko: “Komandamdan daha yaxşısını gözləyirdim”

Avroliqanın qrup mərhələsinin III turunda “Vorskla” komandası Bakıda “Qartabağ”ın qonağı olub. Oyundan sonra keçirilən mətbuat konfrasında rəqib komandanın baş məşqçisi Vasili Saçko oyun barəsində fikirlərini bildirib:

“Mən “Qarabağ”ın çox güclü komanda olduğunu demişdim, indi də bu fikirdəyəm. Bu gün də buna şahid olduq. Bizim üçün ən əsası bu gün nəticə idi. Və biz bunu bacardıq. Öz azarkeşlərimizi təbrik edirəm”

-Komandanız hər zaman belə oynayır ? Yoxsa, bu gün oyununuz alınmadı ?

-Təbii ki, hər zaman çalışmalıyıq və inkişaf etməliyik. Bu gün qalib gəldiyimiz üçün çox xoşbəxtik.Oyunun ilk hissəsində çox yaxşı oynamasaq da, ikinci hissə oyunumuzu tapdıq. Çox intizamlı oynadıq. Oyun boyu səbrli olduq və istəyimizə çatdıq. “Qarabağ”n da kifayət qədər imkanı oldu. Ancaq onlar istifadə edə bilmədi. Qalib gəldiyimiz üçün çox xoşbəxtik.

-Ötən turda “Sportinq”lə oyunda qələbəni son dəqiqələrdə əldən verdiniz. Bu gün də oyunun sonlarında qələbəni əldən verməyi düşündünüz, “Qarabağ” həmin hissləri yaşatdı sizə ?

-Hər iki rəqibin də fərqli tərəfləri var. Onları bir-biri ilə müqayyisə etmək olmaz. Bu gün 18 yaşlı bir gənci meydana buraxdım. Və biz komanda şəklində yaxşı mübarizə aparsaq da, komandamdan daha yaxşısını gözləyirdim.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Mahir Emrelinin evi qarət olundu: Araşdırma başlanıldı

admin

Ümit Özat “Sabah”ın baş məşqçisi olur

admin

“Fənərbağça”da yeni hücumçu

admin