Roberto Mançininin istefa verməsinin ardından “Qalatasaray”da boş qalmış baş məşqçi postuna kimin gələcəyi maraqla gözlənilir.
İdmanxeber.com-un məlumatına görə, “Cim-Bom”un yeni çalışdırıcısı Mirça Luçesku olacaq.
“Fanatik”in yaydığı xəbərə görə, aartıq razılıq əldə olunub. Roberto Mançinin ayrılmasının ardından “Qalatasaray” rəsmiləri rumıniyalı mütəxəssislə əlaqə saxlayıblar. Luçeskunun bu təklifə müsbət yanaşdığı bildirilir.