Xəbər verdiyimiz kimi, “Qəbələ” ilə oyunda zədələnən Riçard Almeydanın vəziyyətinə aydınlıq gəlib.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun idmanxeber.com-a verdiyi məlumata görə, braziliyalı futbolçunun zədəsi o qədər də ciddi deyil. “Sambaçı” azı iki gün sonra komandayla birgə məşq keçə biləcək. Onun Ukraynada “Dnepr”lə oyunda “Qarabağ”a kömək edə biləcəyi dəqiqləşib.