Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la İsveçrə “Yanq Boys”u arasındakı oyuna qədər Tofiq Bəhramov adına Respublika stadionunun qazonu yaxşı vəziyyətdə olacaq.
İdmanxeber.com-un məlumatına görə, stadionun direktoru Akif İsmayılov avqustun 27-də baş tutacaq cavab matçıla kimi qazonda heç bir problemin olmayacağını bildirib.
Qeyd edək ki, mərkəzi arenanın qazonu normal vəziyyətə gətirilməyəcəyi təqdirdə “Qarabağ” “Yanq Boys”u “Bakcell Arena”da qəbul edə bilər.