İdman

Vembanyamanın gecəsi

NBA-də dünən gecə keçirilən qarşılaşmalardan birində ötən yay draftın 1 nömrəsi seçilən Viktor Vembanyama unikal bir göstəriciyə nail olub.

İdmanxeber.az-ın məlumatına görə, gənc fransalı basketbolçu “Toronto Reptors”la səfər qarşılaşmasında 27 xal toplamaqla yanaşı, 14 ribaund və 10 blok edib. Vembanyamanın aktivində həmçinin 5 asist də var. Beləliklə də, “San-Antonio Spörs”ün yeni ulduzu çox nadir hallarda baş verən göstəricilərdən birinə imza atıb.

122:99 hesabı ilə qalib gələn qonaq komandanın türkiyəli basketbolçusu Cedi Osman isə 6 xal toplayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43