Arsen Venger reallaşdıra bilmədiyi transferlərdən danışıb:
İdmanxeber.com-un məlumatıa görə, “Arsenal”ın baş məşqçisi Ronaldo və Drogbanı transfer etməyə yaxın olduğunu söyləyib:
“Ən çox nəyə görə peşmanam? Kriştiano Ronaldoyla müqavilə imzalamağa çox yaxınıydıq. Nəticədə transfer baş tutmadı, üstəlik o, “Mançester Yunayted”ə keçdi. Bu barədə düşünmək hələ də məni incidir.
Didye Droqbayla da işləmək istəyirdim. Onu hələ ikinci divizionda “Le Man”da oynayarkən görmüşdüm. Yaxşı futbolçu olduğunu bilirdim, ancaq onu da əlimdən qaçırdım. Didye tez-tez vacib oyunlarda bizi cəzalandırdı. Bu, daha da təsirediciydi”.