23 Dekabr 2024
Dünya futbolu

“Vengerin ad günü idi, amma təbrik etməyi unutdum”

“Borussiya”nın (Dortmund) baş məşqçisi Yugen Klopp ötən gün oynadıqları “Arsenal” matçından sonra oyun haqda fikirlərini bildirib.

O, bunları deyib:

“Çox yaxşı formada olan “Arsenal”a qarşı səfərdə oynadıq. İstədiyim kimi oyun nümayiş etdirə bildik. Rəqibi zərərsizləşdirməyi bacara bildik.

Klopp bundan əlavə tribunaya çıxaraq Arsen Vengeri ziyarət etməsindən də danışıb:

“Bu hərəkətini çox bəyəndim. Onunla danışmaq əla idi. Fərqli bir xaraktere sahib güclü bir baş məşqçidir.  Bu gün ad günü idi, amma təbrik etməyi unutdum. Vengerlə danışarkən həyəcanlanmamaq mümkün deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43