“Arsenal”ın baş məşqçisi Arsen Venqer “Çelsi”dən transfer etdiyi Petr Çex haqda danışıb.
İdmanxeber.com-un məlumatına görə, fransalı mütəxəssis çexiyalı qapıçını transfer edərkən heç bir problem yaşamadığını qeyd edib:
“Biz Çexlə görüşdük və söhbət etik. O mənə dedi ki, klubdan ayrılacam və müəyyən məbləğə məni buraxacaqlar. Mən də sən öz formanı qoru, oynuna diqqət et, pul məsələsini həll edəcəm dedim. Elə də oldu: Çexin transferində rəhbərliklə heç bir problemimiz olmadı. ÇEx hazırda öz təcrübəsini yorulmadan bütün futbolçularımızla bölüşür”