İdman

“Vera Caslavska Qran-Pri”: idmançımız 6-cı oldu

Çex Respublikasının Brno şəhərində qadın idman gimnastikası üzrə “Vera Caslavska Qran-Pri” beynəlxalq turniri keçirilib.

İdmanxeber.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi yığma komandamızın üzvləri Nazənin Teymurova, Duyğu Məcidzadə, Dəniz Əliyeva, Nəzrin Hümbətova və Aytən Məmmədova təmsil ediblər.

Komandamızın üzvlərindən ən yaxşı nəticəni sərbəst hərəkətlər proqramında finala adlayan Nazənin Teymurova göstərib. İdmançımız final çıxışının yekununda yarışı 6-cı pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43