"Vermicəm, vermicəm, benim diyilmi, vermiycəm"
"Partizan" Bakıda zəfər çalır
Yenə bizə üzülmək qalır
Günahkar özünü günahsız sayır
Deyir istefa "vermiycəm"
"Benim diyilmi vermicəm"
***
Deyir öyrəşibdir dilimiz
Var Cavidimiz, Samirimiz
Söyləyir Süleymanov Tahirimiz
Gəbərsəniz də, "vermicəm"
İstefa mənimdi "vermicəm"
***
Ərizə yazıbdır çox nəfəri
Hələ bu nədi, bundan betəri
İstefa verilən günün səhəri
Çıxıb deyirlər "vermicəm",
"Benim diyilmi vermicəm"
***
Rəzalətin son həddi
Əyilməzdi heç qəddi
Dədənin sözü keçilməz səddi
Bizim "diyilmi hep diyicəm"
İstefa-zad "vermicəm"
***
Qayğı yoxdur heç fanata
Sürürlər "Hunday Sanata"
Dədə, baba, ay ata,
Sən istəməsən, "getmiycəm"
İstefa da "vermicəm".