“Liverpul”un baş məşqçisi Yurgen Klopp yerli mətbuata maraqlı açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis “Vest Hem”in baş məşqçisi Devid Moyesin istefaya göndərilməsini istəmir. O, bunun səbəbini belə açıqlayıb:
“Vest Hem” Devid Moyesi istefaya göndərsə, mən Premyer Liqanın ən yaşlı baş məşqçisi olacam (gülür). Buna görə də Devid qalmalıdır. O, yüksək səviyyəli həmkarıdır. Onların yaxşı komandası var və yenə öz keyfiyyətini göstərdilər. Bizim üçün çətin oyun olacaq.
Ola bilsin ki, o, bir dəfə “Mançester Yunayted”də uğursuzluğa düçar olub. Ancaq Aleks Ferqyusonun varisi oldu və bu, asan iş deyil. Uzun illər “Everton”da çalışdı, indi isə “Vest Hem”də nəsə etməyə çalışır”.