“Vorskla”nın sabiq futbolçusu Valentin Platanov bugünkü oyun barəsində Ukrayna mətbuatına açıqlama edib. O, oyuna proqnoz verərək “Vorskla”nın qarşılaşmadan 1:0 hesabı ilə qalib ayrılacağına bildirib:
“Bakıdakı qələbə futbolçulara yaxşı motivasiya oldu. Ancaq indi onu təkrarlamaq vaxtıdır. Təbii ki, bu asan deyil. Lakin yenə də onların qalib gələcəyinə inanıram. Məncə, oyun 1:0 hesabı ilə “Vorskla”nın qələbəsi ilə bitəcək”.