Premyer Liqa

Viktor Mendi: “İkinci qolu vursaydıq, hər şey başqa cür olacaqdı”

“Qəbələ”nin futbolçusu Viktor Mendi dünən baş tutan “Neftçi” ilə oyun haqda fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, seneqallı hücumçu matçın çətin keçdiyini açıqlayıb.  

“İkinci qolu vursaydıq, hər şey başqa cür olacaqdı. Bu dəfə qələbə qazanmaq mümkün olmadı. İnanıram ki, qarşıdakı oyunlarda uğurlu çıxış edib, 3 xal qazana biləcəyik”.

Mendi “Neftçi”nin qapıçısı Aqil Məmmədovla təkbətək zamanı özünü yerə atdığı epizoddan da danışıb: “O qolu vursaydım, daha yaxşı olardı. Ancaq referi belə penalti vermədi və mənə sarı vərəqə göstərdi. Bu, onun qərarı idi”.

Qeyd edək ki, “Qəbələ” “Neftçi” ilə matçın ilk yarısında 1:0 hesabı ilə öndə olsa da, ikinci hissədə 3 top buraxaraq məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43