Kateqoriyasız

“Vilyareal” “Qarabağ”la oyun öncəsi ciddi itki ilə üzləşdi

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Vilyareal” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, “qayıqçılar”ın aparıcı üzvü Jerar Moreno məşqdə dizindən zədələnib. 28 yaşlı futbolçunun azı 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Buna görə də hücumçu qrup mərhələsinin 2-ci turunda  “Qarabağ”la matçı buraxa bilər.

Xatırladaq ki, 29 oktyabrda keçiriləcək  “Qarabağ” – “Vilyareal” qarşılaşması 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43