24 Oktyabr 2024
Dünya futbolu

Vinisius Juniora görə 4 nəfər saxlanıldı

“Real”ın futbolçusu Vinisius Juniora qarşı irqçilik edən 4 nəfər saxlanılıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə hüquq mühafizə orqanları açıqlama verib. Həmin şəxslər sosial şəbəkələrdə braziliyalı oyunçunun ünvanına irqçi ifadələr işlədiblər.

Hadisə “Atletiko” ilə heç-heçə etdiyi La Liqanın VIII turunun matçı (1:1) ərəfəsində yaşanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43