22 Oktyabr 2024
Dünyadan

Vitali Mutko: “Birlik Kuboku”nun yenidən təşkili ilə bağlı azərbaycanlı həmkarlarımızdan yaxşı təkliflər almışıq”

"Birlik Kuboku"nun yenidən təşkili ilə bağlı azərbaycanlı həmkarlarımızdanyaxşı təkliflər almışıq".

İdmanxeber.com-un məlumatına görə, bunu “sport-weekend” qəzetinə müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko "Birlik Kuboku"nun gələcək taleyi ilə bağlı açıqlamasında deyib.

O, bu barədə UEFA prezidenti Aleksander Çeferinlə fikir mübadiləsi apardığını da bildirib: “Əgər klubları yenidən "Birlik Kuboku"na cəlb etmək istəyiriksə, bunun necə təşkil olunması haqda düşünmək lazımdır. Məsələn, yarışı cənubda keçirmək olar. Bunlardan bir variantı Soçidir. Azərbaycandan olan həmkarlarımızdan da tutarlı təkliflər almışıq. Mükafat fondu məsələsini yenidən gündəmə gətirib artırmaq olar. Turnirin gənclərdən ibarət yığmalar arasında keçirməsi isə uğursuz variantdır”.

Qeyd edək ki, 1993-cü ildən postsovet məkanı klubları arasında keçirilən Birlik Kuboku 2011-ci ildə dayandırılıb. Həmin müddət ərzində öIkəmizin “Neftçi”, “Xəzər-Lənkəran” və “İnter” komandaları da turnirin qalibi olmağı bacarıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43