İdman

Vladimir Putin DÇ-2018-dəki favoritlərini açıqladı

Rusiya prezidenti Vladimir Putin ölkəsində keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Putinin DÇ-2018-dəki favoritləri Argentina, Braziliya, Almaniya və İspaniyadı:

“Güclü komandalar çoxdu. Cənubi Amerikadan Argentina və Braziliya var. Əvvəlki yarışlarda Almaniya çox mükəmməl oyun göstərdi, İspaniya gözəl bir futbol nümayiş etdirdi. Başqa ciddi komandalar da olacaq. Amma ən yaxşısı qazanacaq”.

Ölkə başçısı Rusiya yığmasından gözləntilərini də açıqlayıb. O bildirib ki, komandadan uğur gözləyir: “Rusiyadakı bütün azarkeşlər komandamızın modern, maraq doğuran və gözəl bir futbol ortaya qoymasını və son qədər mübarizə aparmasını istəyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43