Birləşmiş Ərəb Əmirliklərində top qovan Julius Vobay şərəfini qoruduğu “Əl Şaab” klubunda növbəti qolunu vurub.
İcarə əsasında bu klubun şərəfini qoruyan Vobay “Şabab Dubay”la oyunda komandasının qələbə topunun müəllifi olub. Belə ki, ilk hissəsi bərabər bitən matçın ikinci yarısında Vobay 54-cü dəqiqədə fərqlənməklə komandasına 3 xal qazandırıb.
Bununlada Vobayın komandası çempionatda ilk qələbəsini qazanıb. Hal-hazırda “Əl Şaab” 5 turdan sonra 3 xalla 12-ci pillədə qərarlaşıb.