Qadın voleybolçuların Azərbaycan Superliqasına start verilib.
İdmanxeber.com-un məlumatına görə, 2014-15 mövsümünün açılış matçında 6 qat çempion "Rabitə" "Azərreyl"i qəbul edib. Oyun ev sahiblərinin üstünlüyü şəraitində keçib. Son çempion "dəmiryolçular"a set verməyib.
"Rabitə" – "Azərreyl" 3-0 (25-20, 25-22, 25-22)
Turun növbəti oyunları bu gün keçiriləcək.