Bu gün Türkiyənin Antalya şəhərində qadın voleybolçular arasında təşkil olunan 1-ci Qloriya kubokuna start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edəcək “Azəryol” da ilk matçını keçirəcək. Təmsilçimizin turnirin ilk oyunundakı rəqibi yerli “Vakıfbank” komandası olacaq.
Voleybolçularımızın 2015-ci ildəki ilk sınağı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.