27 Fevral 2024
İdman

VOLEYBOL: “Azəryol” klubunun təqdimatı keçirilib

19 oktyabrda “Azəryol” klubunun bazasında 2014-2015 mövsümün açılışı olub.

İdmanxeber.com-un məlumatına görə, mərasimdə, qadınlardan ibarət bu komanda Azərbaycan voleybolunda yenilik edib. Bildiyimiz kimi, neçə ildir ki, ölkə Super liqasında 6 klub çıxış edir. Hər dəfə mübarizə gərginliyi ilə yadda qalır. Çempion yalnız son turlarda bəlli olur. Amma yeni mövsüm üçün komandanın KİV nümayəndələrinə və azarkeşlərə bu cür möhtəşəm təqdim etmə mərasimi ilk dəfə “Azəryol” tərəfindən atılıb. Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışı olan Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “qara-sarılar”ın ilk olaraq yeni himnini və loqosunu təqdim edib. Sonra “Azəryol”un talesmanını “Yola” qonaqlara nümayiş olundu. Daha sonra “Şaolin” idmançıları, gənc gimnastlar və müğənnilər öz çıxışları ilə tamaşaçıları salamlayıblar.

Açılışın sonunda yeni mövsümdə “Azəryol”un şərəfini qoruyacaq oyunçuların təqdimat keçirildi. Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev çıxış edib. O, belə bir möhtəşəm tədbirin keçildiyinə görə “Azəryol” klubunun prezidenti Cavid Qurbanova təşəkkürü bildirib. Qarayev, AVF-in prezidenti Cənab Ziya Məmmədovun adından “Azəryol”a yeni mövsümdə uğurlar arzulayıb. Klubun prezidenti Cavid Qurbanov, öz növbəsində, mərasimə təşrif buyuran qonaqları, media nümayəndələrini, azarkeşləri salamlayıb. Bildirib ki, bu gün ölkəmizdə idmana və idmançilarımıza cənab Prezident İlham Əliyev tərəfindən gösdərilən diqqət və qayğı göz qabağındadır. Məhz bunun nəticəsidir ki, bu gün biz müstəqil Azərbaycanımızda belə gözəl tədbirlər keçirir.

Daha sonra paytaxtımızda qonaq olan Rusiyanın ən güclü klublarından olan Krasnadar “Dinamo”u ilə yoldaşlıq görüşü keçirilib. 2:2 hesabı ilə sona çatan görüşdə, hər iki komanda gözəl oyun nümaiş etdirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43