23 Dekabr 2024
İdman

Voleybol üzrə “Heydər Əliyev kuboku”nun təqvimi açıqlanıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev kuboku”nun təqvimi bəlli olub.

İdmanxeber.az-ın məlumata görə, aprelin 25-də start götürəcək yarışda həm qadın, həm də kişi voleybolçular mübarizə aparacaqlar.

Qadınların yarışında I Liqada ilk dörd pilləni tutan üç komanda – “Ryuga”, Murov-2”, “Xarı bülbül Şuşa” və Yüksək Liqada çıxış edən UNEC, “Azərreyl”, “Abşeron”, “Murov” komandaları yarışacaqlar.

Kişilərin turnirində isə I Liqanın ilk “dördlüy”ündə qərarlaşmış “Təhsil”, “Express”, “Xarı bülbül-2 Şuşa”, həmçinin, Yüksək Liqada çıxış edən MOİK, “Murov”, “Neftçi” və “Xarı bülbül Şuşa” mübarizə aparacaqlar.

Dörd gün davam edəcək turnirdə oyunlar olimpiya sistemi ilə keçiriləcək və məğlub komandalar mübarizəni dayandıracaqlar. Qaliblər yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də isə kubokun final görüşləri baş tutacaq.

Qarşılaşmalar AVF-nin idman zalında, “Murov” klubunun idman zallarında və Voleybol Mərkəzində təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43