Dünya futbolu

“Volfsburq”un futbolçusu rəsmən “Milan”da

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, İtaliya təmsilçisi “Volvsburq”un müdafiəçisi Rikardo Rodriqesi transfer edib. İsveçrə millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Milanlılar bu transfer üçün Almaniya klubuna 18 milyon avro ödəyəcək.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi 2012-ci ildən “Volfsburq”da çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43