“Vorskla”nın futbolçusu Mixail Sergeyçuk Ukrayna mətbuatına açıqlama edib. O, Avroliqadakı oyunlar barəsində danışanda “Qarabağ”la Bakıda keçirdikləri görüşü yada salıb:
” “Arsenal” və “Sportinq” kimi böyük klublarla qarşılaşmaq xoş idi. Belə məşhur komandalara qarşı özünü sınamaq və təcrübə toplamaq imkanın olur. “Qarabağ” üzərində qələbə qazanaraq ilk xalları qazanmaq isə çox vacib idi”.
Bakıdakı oyunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gələn Poltava təmsilçisi öz meydanında bu rəqibinə eyni hesabla uduzub.