“Qarabağ”ın üzvü Vüqar Nadirov “İnter”lə oyun haqda fikirlərini bildirib.
İdmanxeber.com-un məlumatına görə, matçdan sonra jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun üzvü özlərinə rəqib görmədiklərini bildirib:
“İlk 10 dəqiqədə çətinlik çəkdik. Külək də güclü idi, onu da nəzərə almaq lazımdı. Qol vurmağımın fərqi yoxdu. Əsas olan qələbədi. Mən vurdum, ya başqası vurdu. Biz özümüz özümüzə rəqibik. Çalışacağıq ki, oyunumuzu belə saxlayaq”.