“Qarabağ”ın futbolçusu Vüqar Nadirovun idmanxeber.com saytına müsahibəsi.
“Qələbə qazanmaq istəyirdik. Şanslarımız da çox oldu amma nə etmək olar qismət belə imiş”.
– Qələbə üçün nə çatmadı?
Məncə biraz stadion amili bizim üçün çətinlik yaratdı. Bilirsiniz ki, “Qarabağ” komandası top saxlayır, stadionun belə olması isə buna mane olurdu. İnşallah ikinci oyuna hazırlaşacağıq.
– Oyunun birinci hissəsindəki qaçırtdığın qol epizodu barədə nə deyə bilərsən?
İstəyirdim topu qapıçının üstündən aşırım, amma alınmadı
– Oyunda aqressiv görünürdün. Səbəb nə idi?
Həmişə aqressiv oluram. Aqressiv olanda oyunum da alınır.
– Cavab oyunu barədə nə deyə bilərsən?
Hazırlaşacağıq indidən nəsə demək düz olmaz. Çalışacağıq ki azərkeşlərimizi sevindirək.
– Bundan öncə də “Tvente” ilə qarşılaşmışdız. O vaxtkı “Tvente” ilə indiki arasında fərq varmı?
Əlbəttə var. Amma indiki komanda da güclüdü. Hiss olunur ki, yaxşı hazırlaşırlar.
Vüsal Mirzəyev