24 Sentyabr 2024
Ölkə futbolu

Vüsal İsgəndərli: “Hər zaman bu dəvəti gözləmişəm”

“Məni milliyə dəvət etdiyi üçün Arif Əsədova təşəkkür edirəm”

Bu sözləri İdmanxeber.az saytına 4 il sonra Azərbaycan millisinə dəvət alan Vüsal İsgəndərli deyib. Türkiyənin “Bolsupor” klubunda çıxş edən yarımmüfafiəçi daha sonra belə davam edib:

“Yığmaya çağrılmaq çox qürurvericidir. Hər zaman bu dəvəti gözləmişəm. Ölkəmi təmsil etmək mənim üçün fəxrdir”.

28 yaşlı futbolçu “FIFA series–Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək matçlar barədə bunları deyib:

“Bu iki görüşdə şans qazansam, əlimdən gələni edəcəm. Özümü tam hazır hiss edirəm. Baş məşqçimiz məsləhət bilsə, meydana çıxmağa hazıram. Daha öncə də milliyə dəvət almışdım. Artıq heyətdə möhkəmlənmək istəyirəm. Bu, özümdən asılıdır. Daha çox çalışıb, davamlı yığmada oynamalıyam”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43