Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət alıb.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Boluspor”da çıxış edən futbolçu “FIFA series–Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək matçlar üçün yığmaya cəlb ediləcək.
Xatırladaq ki, sözügedən turnirin görüşləri Bakıda gerçəkləşəcək.