Kateqoriyasız

Vüsal İsgəndərlinin komandası qələbə qazandı

Türkiyə I Liqasında XXV turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Ankara Keçiörengücü” doğma meydanda “Tuzlaspor”a qalib gəlib – 1:0.

Vüsal İsgəndərli bu qarşılaşmanın iştirakçısı olmayıb. 26 yaşlı vingerin adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Xallarını 34-ə yüksəldən “Ankara Keçiörengücü” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43