Türkiyə I Liqasında 19-cu turun oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” doğma meydanda “Bandırmaspor”a 2:1 hesabı ilə qalib gəlib.
28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.
Xallarını 26-ya yüksəldən “Boluspor” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.