Türkiyə I Liqasında XXI turun oyunları keçirilir.
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Ankara Keçiörengücü” səfərdə “Adanaspor”un qonağı olub. Matç Ankara təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.
Vüsal İsgəndərli bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.
Xallarını 26-ya yüksəldən “Ankara Keçiörengücü” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.