Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu Türkiyənin “Keçiörengücü” klubu 1-ci Liqanın 12-ci turunda öz meydanında “Gənclərbirliyi” ilə qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Vüsal bu matçın ikinci yarısında meydana çıxıb və komandasının ilk qolunun müəllifi olub. Bu, onun Ankara təmsilçisində bu mövsüm 3-cü qoludur.