19 Oktyabr 2024
İdman

Vüsal Qurbanov: “Reqatanın nüfuzu daha da artıb”

“İdmançılarımızdan yüksək əyarlı və daha çox medal gözləyirik”

Bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat katibi Vüsal Qurbanov “Mingəçevir reqatası-2024” beynəlxalq turniri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan təmsilçilərinin təlim-məşq toplanışlarında iştirak etdiyini bildirib:

“Onlar fiziki və psixoloji cəhətdən turnirə tam hazırdırlar. Yarışın nüfuzu son illərdə artıb. Beynəlxalq yarışları adətən yeniyetmə və gənclər arasında keçiririk. Bu da onların inkişafları üçün önəmlidir. Reqatada güclü idmançılar çıxış edirlər. Rəqiblər də zəif deyil. Türkiyə, Gürcüstan, Moldova və başqa ölkələr mükafatlara iddialıdırlar”.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reqatanın final yarışları və bağlanış mərasimi keçiriləcək.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43