Dünya futbolu

Vüsalın komandası qələbə qazandı

Türkiyə I Liqasında 24-cü turun oyunları keçirilir.

İdmanxeber.az məlumat verir ki, bu gün Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” doğma meydanda “Erzurum”la üz-üzə gəlib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal matça start heyətdə başlayıb və 46-cı dəqiqədə əvəzlənib.

Xallarını 39-a yüksəldən “Boluspor” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43