Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin transfer olduğu Albaniyanın “Eqnatiya” klubu Konfrans Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda bu gün Ermənistan təmsilçisi “Ararat”ın qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə sona çatıb.
Vüsal da bu oyunda forma geyinib. O, görüşün 59-cu dəqiqəsində meydana daxil olub.
13 İyul
Konfrans Liqası, I təsnifat mərhələsi
19:00 “Ararat” – “Eqnatiya” 1:1