“Barselona”nın futbolçusu İlkay Gündoğan karyerasını bitirdikdən sonra məşqçi olmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə oyunçu özü açıqlama verib. O, futbolla vidalaşandan sonra özünü məşqçi kimi sınamaq istədiyini bildirib:
“Futbol zəkasına malik məşqçi olmaq istəyirəm. Mən Xabi Alonsonun “Bayer”dəki yolu ilə getmək istəyərdim”.
Gündoğanın Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.