13 Sentyabr 2024
Dünya futbolu

Xames Rodriges İspaniya klubu ilə anlaşdı

İspaniyanın “Rayo Valyekano” klubu kolumbiyalı yarımmüdafiəçi Xames Rodrigesi transfer etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı kolumbiyalı ilə müqavilənin müddəti açıqlanmayıb. Xames son olaraq “Sao Paulo”da çıxış edib. O, Braziliya klubunda 22 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi əvvəllər “Olimpiakos”, Qətərin “Əl-Rayyan”, “Everton”, “Real”, “Bavariya”, “Monako”, “Portu” kimi klublarda çıxış edib. Rodriges 2024-cü ildə keçirilən Amerika Kubokunun ən yaxşı oyunçusu seçilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43