Kateqoriyasız

“Xan Lənkəran” başqanını seçir

Bildiyiniz kimi “Xan Lənkəran” futbol azarkeşləri klubu yarandığı gündən bir çox xüsusiyyətləri, qayda-qanunları, yenilikləri ilə digər azarkeş və fan klublardan seçilmişdir. Klubumuzun əsasən də demokratik prinsiplərə uyğun olaraq idarə edilməsi xüsusilə fərqlənmiş, ölkədə və ölkədən kənarda belə geniş müzakirə obyektinə çevrilmişdir. Bu yolda yenə də fəaliyyətimizi axsatmır və növbəti yeniliyə imza atırıq!

Beləliklə “Xan Lənkəran” Azarkeş Klubunun idarə heyyətinin 20 oktyabr 2013-cü il, saat 18.00 tarixdə çıxardığı qərarı olduğu kimi sizə təqdim edirik.

“Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun idarə heyyəti olaraq azarkeş klubumuzun dünya səviyyəsinə qalxmasını, Azərbaycan futbolunun və xüsusən də Lənkəranda futbolun rifahını düşünərək qərarə alırıq ki, 20 oktyabr 2013-cü il, saat 18.00-dan etibarən futbol ictimaiyyəti arasında növbədən kənar prezident seçkilərinə start verilsin və “Xan Lənkəran” Futbol Azarkeşləri klubuna yeni prezident təyin edilsin! Bundan sonra seçkilər hər iki ildən bir keçirilməli, kluba yeni prezident təyin edilməlidir. Seçki məcəlləsinə yalnız “Xan Lənkəran” Azarkeş klubunun idarə heyyəti altı ayda bir dəfə dəyişiklik edə bilər. Seçkilərin ümumi qaydaları aşağıdakılardan ibarətdir:

1. Seçkilərdə hansı fanklubun üzvü olmasından, dinindən və milliyyətindən (ermənidən başqa) asılı olmayaraq hər bir şəxs, və eləcə klubun sabiq prezidentləri də iştirak edə bilərlər.

2. Seçkilərdə iştirak etmək istəyən namizədlər prezident kürsüsü boş olduğu təqdirdə, prezidentin səlahiyyətlərini icra edən, “Xan Lənkəran” Azarkeş Klubunun icracı direktoruna müraciət etməli, özləri haqqında tərcümeyi hal, şəxsiyyət vəsiqələrinin sürətini və bir neçə ədəd rəqəmsal foto şəkil göndərməlidirlər. Namizədlər sənədlərini 23 oktyabr, 2013-cü il, saat 18:00-a kimi təqdim etməlidirlər. Yalnız icraçı direktor səlahiyyətlərini icra etmək qabiliyyətindən məhrum olduqda seçkilərin keçirilməsi “Xan Lənkəran” Azarkeş Klubunun idarə heyyətinin bir üzvünə həvalə edilə bilər.

3. Səsverməyə virtual olaraq 24 oktyabır 2013-cü il tarixdən etibarən “Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun facebook qrupunda (https://www.facebook.com/groups/xanlankaran/) start, 30 oktyabr 2013-cü il saat 18:00-da stop veriləcək. Səsvermədə ən çox səs toplayan namizəd klubun prezidenti təyin olunacaq, ona klubun rəmzi bayrağı və möhürü təqdim ediləcək.

5. Səsvermənin nəticəsini müxtəlif proqramlar vasitəsi ilə süni şəkildə dəyişməyə çalışan namizədlər dərhal siyahıdan silinəcək və səsvermədə iştirak hüququndan məhrum ediləcəklər.

“Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun idarə heyyəti.

20 oktyabr 2013-cü il.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43