23 Dekabr 2024
Kateqoriyasız

Xanım jurnalistlər “Qarabağ” – “Ayntraxt” oyunu haqda nə dedilər? – SORĞU

Sabah Azərbaycan futbolunda yeni səhifə açıla bilər. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" Almaniyanın "Ayntraxt" klubunu qəbul edəcək. Almanlar üzərində qazanılacaq qələbə qrup mərhələsinə bizi bir addım da yaxınlaşdıracaq.

Bəs görəsən xanım həmkarlarımız nə düşünür?

İdmanxeber.com saytı xanım jurnalistlər arasında sorğu keçirdib.

Günel Əbilova (qafqazinfo.az): "Rəqibin güclü olduğunu hamımız bilirik. Buna görə bir az həyəcan və narahatlıq var içimdə. Digər tərəfdən Reynaldonun zədələndiyini eşitdik. Arzu edərdim ki, “Qarabağ” sabahkı qarşılaşmada qol buraxmasın. Sabah hamımız “Qarabağ”a dəstək üçün orda olacağıq".

Təranə Anka (avropa.az radio): "Bu oyundan çox şey gözləyirəm. İnamlı olmaq və cəsarətli oynamaq lazımdı. Bunları bacarsaq qalib gələcəyik. Ən pis halda heç-heçə gözləyirəm".

Rəqsanə Yusifzadə (bizimxeber.az): "Futbolla çox da maraqlanmıram. Ancaq qarabağlı olaraq deyə bilərəm ki, "Qarabağ" futbol klubu yekdi".

Röya Kərimli (komanda qəzeti): "Qarabağ" pley-off mərhələsində ikinci dəfədir ki, alman klubu ilə qarşılaşacaq. Vaxtı ilə "Borussiya", indi isə "Ayntraxt". Çalışdırıcı da, heyətin yarısı da artıq alman futboluna bələddilər. "Ayntraxt" isə "Borussiya" deyilki. İnşallah komandamızdan qələbə gözləyirəm. "Qarabağ" bu oyunlarda da stabil oyun nümayiş etdirə bilsə, kim bilir bəlkə "Neftçi"nin uğurunu bu il də onlar təkrarlaya bilər. Mümkünsüz heçnə yoxdu. Sadəcə stabil oyun və istək lazımdı".

Aynur Elgünəş (jurnalist) : Təbii ki, "Qarabaağ"dan qələbə gözləyirəm. Ancaq hisslərim deyir ki, uduzacaq. O səhnəni görməmək üçün stadiona getmək istəmirəm".

Əminə İlyaslı (stenoqram.com): "Yaxşı olacaq İnşallah".

Aygül Rzayeva (ANS TV): "İlk dəfədir ki, futbola baxmağa gedəcəm. Futboldan o qədər də başım çıxmır. Ancaq sabah stadiona gedəcəm".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43