20 Sentyabr 2024
Ölkə futbolu

Xankəndiyə getdilər, mövsümün “premya”sını aldılar

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ”a məğlub olan MOİK klubunun çıxışı rəhbərliyin diqqətindən kənar qalmayıb.

İdmanxeber.az-a verilən məlumata görə, Xankəndi şəhərində keçirilən tarixi oyunda Ağdam təmsilçisinə qarşı yaxşı mübarizə aparan komanda mükafatlandırılıb. MOİK-in liqadakı uğurlu çıxışını da nəzərə alan rəhbərlik futbolçuların hər birinə 400 manat “premya” verib.

Bu, cari mövsüm komandanın aldığı ən yüksək mükafat olub.

Xatırladaq ki, MOİK “Qarabağ”la görüşün son dəqiqəsində buraxdığı qolla turnirlə vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43