“Barselona” dünən keçirilən oyunda “Vilyarreal”a 3-5 hesabıyla məğlub olub.
İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Katalon klubunun baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb:
“İndicə Laportaya dedim. Çox humanist söhbətimiz oldu. Bu gün də o, mənə tam güvən göstərdi, amma məncə vaxtıdır. Maddi vəziyyətlərə görə getmirəm. Ürəyimlə hərəkət edirəm. Düşünürəm ki, getməklə vəziyyəti yüngülləşdirəcəm”.
“Çempionlar Liqasını qazansam belə, qərarımı dəyişməyəcəm”.
Xavi 2021-ci ilindən noyabrından “Barselona”ya başçılıq edir. O, ötən mövsüm komandaya həm La Liqanı, həm də İspaniya superkubokunu qazandırıb.