“Barselona”nın baş məşqçisi Xavi istefaya göndərilə bilər.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssisin rəhbərlik tərəfindən dəstəklənməsinə baxmayaraq, Kral Kubokunun 1/8 finalında “Unionistas”a uduzacağı təqdirdə, məşqçi ilə yollar ayıra bilər.
Qeyd olunur ki, ispaniyalı mütəxəssis istefaya göndərilsə, “Atletik”in baş məşqçisi Rafael Markes komandanı çalışdıracaq.
“Barselona” – “Unionistas” matçı yanvarın 18-də keçiriləcək. 19 oyundan sonra “Barselona” İspaniya çempionatında 41 xalla dördüncü pillədə qərarlaşıb.