26 Noyabr 2024
Dünya futbolu

Xavi narazıdır: “Təmiz penalti idi”

“Barselona”nın baş məşqçisi Xavi “Mançester Yunayted” oyununu (2:2) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı müətəxəssis görüşün iki tərəf üçün də çətin keçdiyini vurğulayıb. O, turun taleyinin cavab oyununda bəlli olacağını açıqlayıb:

“Qələbəyə yaxın matç oldu. Biz əla komanda ilə qarşılaşdıq. Çox çalışqan və fiziki cəhətdən güclüdürlər. Belə oyunlarda necə mübarizə aparacaqlarını yaxşı bilirlər. Bunun bir yolunu tapıb, qələbə qolunu vura biləcəyimizi düşündük.

“Mançester Yunayted”lə qarşılaşmada istər-istəməz təzyiq altında olursunuz. Bəzən topu irəli aparmaq bizim üçün çətin olurdu, amma ümumilikdə bacardıq. Biz də topu itirəndən sonra yaxşı pressinq etdik, amma “Mançester Yunayted”də bunların öhdəsindən gələn səviyyəli futbolçular var.

Rəqibin əlinə dəyən epizodda penalti var idi. Matçdan sonra hakimin yanına getdim və bunun açıq penalti olduğunu söylədim. Bu mənim fikrimdir, amma heç nəyi dəyişməyəcək. Hakim dedi ki, əl bədənə yaxındı, amma məncə penalti idi. Qələbə qazanmaq istəyirdik və matçın sonunda əla fürsət əldə etdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43