İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xavi Ernandes evdə Türkiyə “Qalatasaray”ı ilə qolsuz heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis birinci hissədə daha yaxşı təsir bağışladıqlarını bildirib:
“İstədiyimiz nəticəni qazana bilmədik, rəqib çox yaxşı oynadı. Möhtəşəm müdafiə və rəqib qapıçı İnyaki Penya bizə mane oldu”.
Qeyd edək ki, “Qalatasaray” və “Barselona” arasında cavab görüşü martın 17-də olacaq.