Dünya futbolu

Xedira Bakıya gələcək?

İngiltərə ilə yoxlama oyunundan öncə məşqlərin birində zədə alan Almaniya millisinin üzvü Sami Xediranın durumuna aydınlıq gəlib.

“Yuventus”un futbolçusunun durumu ciddi deyil. Bunu mətbuata açıqlamasında millinin köməkçi məşqçisi Markus Sorq deyib.

Sonq bildirib ki, Xedira millidən kənarlaşdırılmayacaq: “Xediranın millidən kənarlaşdırılması? Xeyr, bu, doğru deyil. Topuğundakı şişə görə ona İngiltərə ilə oyunda istirahət vermişdik. Əminliklə deyə bilərəm ki, o, milli ilə Bakı səfərinə yollanacaq”.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Bundestimdə zədə səbəbindən Manuel Noyer, Mario Qötse, Marko Roys, Jerom Boatenq və Timo Verner kənarda qalıb. Məsut Özil, Mario Qomes və Yulian Drakslerin müalicəsi isə davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43