Artıq 1-ci divizionda çempionatın başlamasına sayılı günlər qalıb. “Azərinşaatserviz”in klubumuza himayədarlıq etmə xəbərindən 20 gündəndə artıq keçməsinə baxmayaraq hələdə Gəncə futbolunun kuratoru İsgəndər Cavadovun bölgəyə səfəri reallaşmayıb. Kuratorun ölkənin ikinci sanaye şəhəri, zəngin tarixi ilə dünyada tanınan Gəncəmizin futboluna qeyri ciddi yanaşması ucbatından bu ildə futbolsuz qalacağımza işarə kimi qəbul edir və AFFA-nın prezidenti Rövnəq Abdullayevə və PFL-in prezidenti Ramin Musayevə müraciət edirik.
Yuxarıda göstərilən nöqsanları nəzərə alaraq xahiş edirik İsgəndər Cavadovu bu vəzifədən azad edib onun yerinə işinə daha ciddi yanaşan başqa bir futbol adamı təyin edəsiz.
Gəncə şəhərinin İcra Başçısı cənab Elmar Vəliyevin futbola xüsusi marağını nəzərə alaraq ondan xahiş edirik ki, şəhər futolunu öz nəzarətinə və ya himayəsinə götürsün
Xəmsə fanklubunun rəhbəri Adil Məmmədov.