26 Dekabr 2024
Kateqoriyasız

Xəqani Məmmədovdan “Real”ın sabiq baş məşqçisinə: “Bunlar Toşakın savadsızlığının göstəricisidi”

"Xəzər Lənkəran"ın baş məşqçisi savadsızdır". Bu sözlər Hakimlər Komitəsinin sədri Xəqani Məmmədova məxsusdu.

HK sədri "Space" telekanalında yayımlanan "Qol" verilişində maraqlı açıqlama verib.

Belə ki, əvəzedicilər arasında keçirilən "Rəvan" – "Xəzər Lənkəran" matçında baş hakimin öncə penalti qərarı verməsi, daha sonra isə fikrindən daşınmasından qonaqlar buna etiraz etmişdi.

Hətta Cənub klubunun əsas komandasının baş məşqçisi Toşak belə buna reaksiya verməkdə gecikməmişdi.  Heç HK sədrinin də cavabı gecikməyib. Məmmədovu dinləyək:

"Futbolda belə şeylər həmişə olub. Köməkçi hakimlər baş hakimə hansısa epizodda kömək edirsə, doğru qərar verdirirsə, burda pis nə var ki? Hər ölkədə belə şeylər yaşanır. Amma görün Toşakın futbol biliyi hansı səviyyədədi ki, bunları bilmir. Bunlar onun savadsızlığının göstəricisidi. Mən hələ də başa düşə bilmirəm ki, belə adamlar klublarda necə işləyirlər?"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43