27 Sentyabr 2022
İdman

Xəsarət alan azarkeşin son durumu haqda – QEYD

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Norveç matçı üçün Bakı Olimpiya Stadionuna gedən azarkeş Zahidov Nahid Hafiz oğlu körpünün arasındakı boşluğa yıxılıb, ölümcül xəsarət almışdı. 

İdmanxeber.com-un məlumatına görə, Sabunçu Rayon 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilən xəstəyə qara ciyərin cırılması, dalağın partlaması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoyulmuşdu.

Hadisəyə AFFA-nın da reaksiya verdiyi haqda məlumat verilmişdi. Assosiasiyanın baş həkimi Mahir Əliyev azarkeşə baş çəkib. Məlumatda o da bildirilirdi ki, AFFA azarkeşin bütün xəstəxana xərclərini qarşılamağı təklif edib.

Daha sonra Zahidovun dayısı İmran Şəbiyev açıqlama verərək, iddianı təkzib etmiş, belə bir təklifin edilmədiyini demişdi.

Bununla bağlı AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu açıqlama verdi: "Baş həkimimiz Mahir Əliyev hadisədən az sonra xəstənada olub, xəstənin atası ilə söhbətləşmiş, son durum haqda məlumat əldə edib. Əməliyyat xərclərinin dövlət tərəfindən qarşılanması haqda valideynə məlumat verilib. Bildirilib ki, əlavə nə xərc olarsa, bunu AFFA qarşılamağa hazırdır.

Daha donra dayısı və ya kimsə təkzib edirsə, bu haqda nəsə bildirməyin ciddiyyətə aidiyyatı yoxdur.

Baş həkimimiz xəstənin atasıyla sonuncu dəfə 3 saat əvvəl əlaqə saxlayıb. Atası xəstənin səhhətində irəliləyişin olduğunu deyib. Valideynə bir daha assosiasiyanın onlara dəstək olacağı haqda məlumat verilib".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Neftçi” yenə qələbəyə həsrət qaldı (YENİLƏNİB)

admin

Obameyanq ingilis klubu ilə anlaşdı

admin

Dünya çempionatının kuboku Azərbaycana gətiriləcək: “Kuboku yaxından görmək, istənilən futbol azarkeşinin arzusudu”

admin