Azərbaycan futbolunun əfsanələrindən biri, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov vəfatının üçüncü günündə dəfn olunduğu Fəxri Xiyabanda klubumuz tərəfindən yad olunub. “Xəzər Lənkəran” Futbol Klubunun rəhbərliyi və komanda üzvləri məşhur futbolçunun qəbri üzərinə əklil qoymuş, mərhumun ruhuna dualar oxunmuşdur. Komandada çıxış edən əcnəbi futbolçulara Ələkbər Məmmədovun futbolçu karyerası haqqında geniş məlumat verilmişdir.